Türkiyə hökuməti İran ətrafındakı geosiyasi vəziyyətlə əlaqədar neft qiymətlərinin kəskin artımının mənfi iqtisadi təsirini azaltmağa çalışır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bu tədbirləri martın 3-də açıqlayıb.
Nazirin sözlərinə görə, qlobal enerji bazarlarında vəziyyətlə bağlı inflyasiya təzyiqlərinin aradan qaldırılması istiqamətində addımlar atılır.
“Ölkədə dezinflyasiya prosesini dəstəkləmək üçün bütün mövcud vasitələrdən istifadə edirik”, - deyə maliyyə naziri qeyd edib.
Bu arada, Türkiyə Statistika İnstitutu (TÜİK) Türkiyə iqtisadiyyatının ardıcıl 22-ci rübdə artımı qoruduğunu bildirib. Bu ilin fevral ayında Türkiyənin ixracatı ötən ilin analoji dövrü ilə müqayisədə 1,6% artaraq 21 milyard 65 milyon dollara çatıb.