AZ

Urmu raket atəşinə tutuldu: Strateji obyektlər və məhkəmələr vuruldu – VİDEO

Urmu şəhərində şiddətli raket hücumlarının baş verdiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, zərbələr nəticəsində şəhərin müxtəlif istiqamətlərində partlayış səsləri eşidilib və təhlükəsizlik vəziyyəti kəskin şəkildə pisləşib.

Hücumlar İnformasiya İdarəsini, Şəhidlər Sepahını, Urmu Sepahını, Sərhəd Qoşunlarını və digər strateji obyektləri hədəf alıb. Məlumata görə, həm Ümumi məhkəmə, həm də İnqilab məhkəməsinin binaları zərbələrə məruz qalıb.

Hadisə ilə əlaqədar olaraq şəhərin Valfəcər küçəsi bağlanıb, ərazidə güclü tüstü və duman müşahidə olunur. Bildirilir ki, hava məkanı tamamilə təhlükəli vəziyyətdədir və döyüş təyyarələri hələ də aktiv fəaliyyət göstərir.

Aliyə
NOCOMMENT.az

Seçilən
100
13
nocomment.az

10Mənbələr