AZ

SOCAR-ın prezidenti Bolqarıstanın energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykov ilə görüşüb

Bakı. Trend:

3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən NəcəfBolqarıstan Respublikasının energetika naziri vəzifəsini müvəqqətiicra edən Trayço Traykov ilə görüşüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan iləBolqarıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrininenerji sektorunda da uğurla inkişaf etdiyi qeyd olunub.

Bu xüsusda, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının enerjisektorunda əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyivurğulanıb.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-AdriatikBoru Kəməri (TAP) və Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB)layihələrinin Bolqarıstana etibarlı və fasiləsiz təbii qaztəchizatının təmin edilməsində rolu xüsusi qeyd olunub.

Görüşdə SOCAR ilə Bolqarıstanın enerji şirkətləri arasındaəməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Seçilən
11
8
az.trend.az

9Mənbələr