AZ

Aİ Azərbaycanla razılığa gəldi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı Azərbaycanla bərpa olunan enerji, enerji səmərəliliyi və enerji əlaqəliliyi istiqamətlərində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Komissar qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir və bu istiqamətdə planlaşdırılan genişlənmə Aİ şirkətləri üçün də qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.

Onun sözlərinə görə, enerji səmərəliliyi və Aİ ilə Azərbaycan arasında daha geniş enerji əlaqəliliyinin yaradılması da prioritet istiqamətlərdəndir.

Dan Yorgensen vurğulayıb ki, tərəflər enerji sahəsində yüksək səviyyəli dialoqu davam etdirmək barədə razılığa gəliblər və bu çərçivədə ilin sonunadək Brüsseldə yüksək səviyyəli enerji dialoqu keçiriləcək.

O əlavə edib ki, Bakıda keçirilən görüşlərdə çoxsaylı yüksək səviyyəli nümayəndələrin iştirakı Aİ-Azərbaycan enerji tərəfdaşlığının perspektivlərini və qarşılıqlı etimadı bir daha nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
48
globalinfo.az

10Mənbələr