AZ

Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Martın 5-6-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Cüdoçumuz Böyük Dəbilqənin qalibi olub - KARYERASINDA İLK DƏFƏ

Böyük Dəbilqə: 7 cüdoçumuz tatami üzərinə çıxacaq

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

“Böyük Dəbilqə”də 19 cüdoçumuz mübarizə aparacaq

Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək

Seçilən
29
10
apasport.az

10Mənbələr