AZ

ABŞ atom silahı ilə İranda süni zəlzələlər törədilməsini məşq edir...



"The Daily Mail" qəzetinin məlumatına görə, ABŞ-ın ən gizli hərbi obyektlərindən birinin ətrafındakı ərazidə bir sıra şübhəli seysmik təkanlar baş verib. Nevada ştatında əvvəllər nüvə silahlarının hazırlanması həyata keçirilib. Təkrarlanan təkanlar təbii zəlzələlərdən fərqləndiyi üçün "sirli" hesab olunur və hökumət belə bir hadisənin baş verdiyini inkar edir.

Britaniya qəzetindəki məqalədə deyilir:"Əvvəllər nüvə sınaqlarının keçirildiyi yüksək səviyyədə qorunan ABŞ obyektinin yaxınlığında bir sıra şübhəli zəlzələlər qeydə alınıb. Uzun illər ərzində bu ucqar ərazinin ABŞ ordusunun həm qabaqcıl təyyarə sınaqlarını, həm də nüvə arsenalının inkişafını həyata keçirdiyinə inanılırdı".Nəşr aydınlaşdırır ki, bu, daha məşhur "51-ci Sahə" ilə birlikdə Nevada səhrasında nəhəng sınaq poliqonunun bir hissəsi olan "52-ci Sahə" kimi tanınan gizli əraziyə aiddir. Məqaləyə görə, son 24 saat ərzində ABŞ Geoloji Xidmətinin mütəxəssisləri ərazidə maqnitudası 2,5-dən çox olan on altı təkan qeydə alıblar. Ötən həftənin sonuna qədər qeydə alınan zəlzələlərin ümumi sayı yüzü keçib və maqnitudaları Rixter şkalası üzrə 1,0-dan 3,0-a qədər dəyişir. Qəti bir nəticə çıxarmaq çətin olsa da, təkanların təbiəti kiçik partlayıcı yüklərin partlaması nəticəsində yaranan "atom" səth titrəmələrinə bənzəyir. Xüsusilə müəyyən bir diapazonda, dövri olaraq təkrarlanan və xarakterik təbii zəifləmə və ya afterşoklardan məhrum olan, episentri dayaz dərinlikdə olan bu cür ardıcıllıq süni mənşəyə işarə edir. Üstəlik, episentr məhz obyektin içərisində yerləşir. Nəşr diqqəti bu təkanların nüvə poliqonu yaxınlığında olduğuna yönəldir. Sınaq poliqonunda baş verənlərABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın başlanğıcı ilə üst-üstə düşür. Analitiklərin fikrincə, Vaşinqton və onun müttəfiqi İsrail çox sərt davranır və eyni dərəcədə sərt cavabdan qorxurlar, ona görə də nəyəsə hazırlaşırlar. Nəşrin müəllifləri vurğulayırlar ki, əlbəttə ki, ABŞ hökumətindən tammiqyaslı nüvə sınaqlarının bərpası ilə bağlı heç bir rəsmi açıqlama olmayıb. Hətta cilovlanmamış Amerika belə beynəlxalq müqavilələrin birtərəfli pozulmasını etiraf etmək riskini götürməzdi. Amma baş verənlər mühüm dəyişikliklərə işarə edir.

Samirə SƏFƏROVA

Seçilən
16
baki-xeber.com

1Mənbələr