AZ

Bakının bu ərazisində hərəkət məhdudlaşdırılacaq XƏBƏRDARLIQ

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, buna səbəb saat 08:00-dan 22:00-dək ərazidə aparılacaq təmir işləridir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
24
sia.az

10Mənbələr