AZ

Rusiya XİN: “Mələklər xiyabanı” ilə bağlı Qərb mediasının manipulyasiyaları insanlıqdan kənardır » AzadMedia.az


Qərb mətbuatının “Mələklər xiyabanı” memorial kompleksi ilə bağlı informasiya manipulyasiyaları elementar insanlıq və əxlaq çərçivəsini aşır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qurum Financial Times nəşrində dərc olunan və Fiona Qrinland tərəfindən qələmə alınan “Rusiya dezinformasiya yaymaq üçün abidələrdən istifadə edir” başlıqlı məqaləyə diqqət çəkib.
Rusiya XİN-in mövqeyinə görə, bu cür yanaşma “təkcə jurnalistika prinsiplərini deyil, həm də ümumilikdə insanlıq və mənəvi dəyərləri aşır”.
Bəyanatda qeyd olunur ki, “milyonlarla ukraynalı uşağın oğurlanması və deportasiyası” ilə bağlı iddialar “real faktlarla təkzib olunmuş, sinik ittihamlardır”.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında ABŞ-ın birinci xanımı Melaniya Tramp ukraynalı uşaqların qaytarılması məsələsi ilə bağlı üç ay ərzində Rusiya prezidenti Vladimir Putin ilə əlaqə saxladığını bildirmişdi.
Seçilən
67
1
azadmedia.az

2Mənbələr