AZ

İsrail ordusu SEPAH xüsusi təyinatlılarının komandirini öldürüb

İsrail hərbçiləri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlılarının Livan korpusunun komandir vəzifəsini icra edən Davud Əlizadəni məhv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, İsrail HHQ-nin dəqiq zərbəsi nəticəsində öldürülüb.

D.Əlizadə əvvəllər başqa bir İsrail zərbəsi nəticəsində zərərsizləşdirilmiş əvvəlki komandir Həsən Məhdavinin yerinə “Qüds” qüvvələrinin Livan korpusunun komandir vəzifəsini icra edirdi.

Seçilən
70
1
editor.az

2Mənbələr