İngiltərə Premyer Liqasının 29-cu turunda “Vulverhempton” və “Liverpul” komandaları arasında keçirilən oyun başa çatıb.
Vulverhemptondakı “Molineux” stadionunda keçirilən oyun ev sahibi komandanın 2:1 hesablı gözlənilməz qələbəsi ilə başa çatdı.
Meydan sahiblərindən Rodriqo Qomes 78-ci dəqiqədə hesabı açıb. Beş dəqiqə sonra “Liverpul”un misirli cinah oyunçusu Məhəmməd Salah hesabı bərabərləşdirib. Lakin 90+4-cü dəqiqədə Andre Trindade meydan sahiblərinin ikinci qolunu vurub.
Bu oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci, “Vulverhempton” isə 16 xalla sonuncu, 20-ci yerdədir.