AZ

50 mindən çox ABŞ əsgəri İrana qarşı

Amerika Birləşmiş Ştatlarının İrana qarşı əməliyyatına 50 mindən çox hərbi qulluqçu cəlb edilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper "X" sosial şəbəkəsində məlumat verib.

Kuper vurğulayıb ki, bu əməliyyatda 50 mindən çox hərbçi, 200 qırıcı, 2 aviadaşıyıcı, həmçinin ABŞ-ın bombardmançı təyyarələri iştirak edir.

CENTCOM rəhbərinin sözlərinə görə, hazırda əməliyyata cəlb olunmuş qüvvələr üçün əlavə kömək yoldadır.

Seçilən
55
16
publika.az

10Mənbələr