AZ

Ronaldo zədələnib - “Əl Nəsr” açıqladı

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo “Əl Fayha” ilə keçirilən son matçdan sonra zədələnib.

Bu barədə Ər-Riyad təmsilçisinin instaqram səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, o, reabilitasiya proqramına başlayacaq və vəziyyəti gündən-günə qiymətləndiriləcək.

Qeyd edək ki, bu gün portuqaliyalı vingerin Səudiyyə Ərəbistanını tərk edib Madridə getməsi ilə bağlı xəbərlər yayılmışdı.

"Cebheinfo.az" 

Seçilən
88
4
cebheinfo.az

4Mənbələr