Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinalçı "Qarabağ" ilə "Şamaxı"nın duelində müəyyənləşəcək.
Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Şamaxıda baş tutan ilk matçda 2:1 hesablı qələbə qazanan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda üstünlüyünü qorumağa və yarımfinala adlamağa çalışacaq.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun ilk yarımfinalçısı "Zirə" olub. Digər oyunlar martın 5-də keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/4 final
4 mart
19:00. “Qarabağ” – “Şamaxı”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
(ilk oyun - 1:2).