AZ

Şri Lanka fevralda rekord sayda xarici turist qəbul edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Şri-Lanka 2026-cı ilin fevral ayında bütün dövrlərin aylıq turizm rekordunu qırıb.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Şri-Lanka Turizm İnkişafı İdarəsi məlumat yayıb. Bildirilib ki, ay ərzində ölkəyə 279 min 328 turist səfər edib ki, bu da indiyədək bir təqvim ayında qeydə alınmış ən yüksək göstəricidir. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.

Həftəlik hesabatda dərc olunan gündəlik statistikaya əsasən, fevralın 12-də ölkəyə 12 min 731 turist gəlib və bu, ay üzrə ən yüksək gündəlik göstərici olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
azertag.az

2Mənbələr