AZ

KİV: ABŞ-də şist nefti istehsalçıları hasilatı sürətlə artıra bilməyəcəklər

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neft qiymətlərinin artmasına baxmayaraq, ABŞ-də şist nefti istehsalçıları hasilatı qısa müddətdə sürətlə artıra bilməyəcəklər.

APA-Economics” xəbər verir ki, bu barədə “Financial Times” sənaye menecerləri və ekspertlərə istinadən məlumat yayıb.

Nəşrin xatırlatdığına görə, Beynəlxalq Enerji Agentıiyinin (IEA) yaydığı sənəddə ABŞ şist neftinin Yaxın Şərq böhranı səbəbilə yarana biləcək təchizat çatışmazlığının kompensasiyası üçün ən əhəmiyyətli əlavə resurs mənbələrindən biri ola biləcəyini bildirib.

ABŞ-nin “Pioneer Natural Resources” neft-qaz şirkətinin qurucusu Skott Şeffildin sözlərinə görə, hasilatçı şirkətlər yalnız neftin yüksək qiymətlərinin uzunmüddətli olacağına əmin olduqları halda istehsalı artırmağa hazırdırlar. Onun qiymətləndirməsinə görə, neftin qiymətləri ən azı bir il yarım ərzində barreli 80 dollar səviyyəsində qalmalıdır, çünki son aylarda qiymətlər əksinə aşağı olub və buna görə istehsalçılar xərcləri azaltmağa məcbur olublar.

O əlavə edib ki, neftin müvəqqəti bahalaşması hasilatçıların əsasən borcların ödənilməsinə və dividendlərin verilməsinə yönəlməsinə gətirib çıxaracaq, istehsala investisiyaların artmasına yox. “Eyni zamanda, şirkətlərdə qazma avadanlıqları ehtiyatları azalır və mən yeni qazma qurğularının işə salınacağını gözləmirəm”, - deyə Skott Şeffild bildirib.

Öz növbəsində, “JPMorgan” investisiya bankının enerji bazarları üzrə analitiki Nataşa Kaneva vurğulayıb ki, şist nefti hasilatının artırılması yalnız mərhələli şəkildə mümkündür və yeni istehsal güclərinin istismara verilməsi aylarla vaxt aparır.

Eyni zamanda, ABŞ-də mövcud olan hasilat həcmləri həm daxili, həm də qlobal neft bazarları üçün sabitləşdirici amil rolunu oynaya bilər.

“Əgər Amerika şist nefti olmasaydı, bu, təsəvvürəgəlməz miqyasda böhran olardı. Biz qlobal səviyyədə panikanın şahidi olardıq”, - “S&P Global” şirkətinin meneceri və aparıcı enerji eksperti Daniel Yergin qeyd edib.

Seçilən
17
2
apa.az

3Mənbələr