AZ

Qızıma zəng gəldi ki... Qətlə yetirilən oğlanın anası

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş dindirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hadisədə qətlə yetirilən oğlanın anası Şəfəq Əliyeva ifadə verib. 

"Aldığım məlumata görə, oğlum marketə gedəndə bir oğlanla toqquşdu. Ona görə də, tərəflər arasında mübahisə olub. Sonra oğlum mənə dedi ki, söhbət böyüyüb. Martın 8-i idi. Oğlum dedi ki, aşağı düşüm. Saat gec olduğuna görə etiraz edəndə çox inad etdi. Az bir müddət keçəndən sonra qızıma zəng gəldi ki, oğlum Turanı bıçaqlayıblar.

Hadisə yerinə gələndə gördüm ki, Afiq əli qanlı bıçaqla idi. Oğlumun üstünə 3 nəfər düşmüşdü. Təqsirləndirilən şəxs Natiq isə mənə dedi ki, "nə var, nə gəlmisən? O elə ölməyə layiq idi". Mən ora gələndə polis maşınları artıq gəlmişdi. Şikayətçiyəm"

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olub. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev  təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub. 

Afiq Hacıəliyevə qarşı  cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
unikal.az

10Mənbələr