AZ

"“Təhsil Plus” kartı həm əməkhaqqı kartı, həm endirim kartı, həm də təhsil fərdləri üçün vizit kartı kimi çıxış edir" -Rəsul Həşimov

“Bu kartdan istifadə məktəbəqədər, ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələrində çalışan hər bir əməkdaş daxildir. Biz bu layihəni hazırlayarkən təhsil işçilərimizin fikirlərini, rəylərini əsas götürdük”.

Redaktor.az xəbər verir ki,“TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə Təhsilin İnkşafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov bildirdi.

Onun sözlərinə görə, 11 826 nəfərin iştirak etdiyi rəy sorğusu keçirilib və ölkənin regionlarını əhatə edən 30-a qədər qrup görüşü keçirilib:

“Sorğuda iştirak edənlərin 80 faizi qadınlar, 20 faizi isə kişilər idi. Bu araşdırmaların nəticəsində təhsil işçilərimizin ən çox ehtiyac duyduğu istiqamətləri müəyyənləşdirdik. Bu istiqamətlərə sağlamlıq, tibbi xidmətlər, təhsil və peşəkar inkişaf, supermarket və mağaza şəbəkələri, nəqliyyat xidmətləri, ictimai iaşə obyektləri, turizm xidmətləri, yanacaqdoldurma məntəqələri, əyləncə və mədəniyyət mərkəzləri aiddir.

“Təhsil Plus” kartı həm əməkhaqqı kartı, həm endirim kartı, həm də təhsil fərdləri üçün vizit kartı kimi çıxış edir. Biz daha əvvəlki slaydda gördüyümüz statistika əsasında istifadəçilərimizin gündəlik xərclərində real qənaət imkanı yaratmışıq. “Birbank” tətbiqi vasitəsilə “BakıKart”yükləmələrində 10 faiz, kitab və dəftərxana ləvazimatlarında 5 faiz, apteklərdə 5 faiz, “Bravo”da nağdsız ödənişlərdə 3 faiz, yanacaqdoldurma məntəqələri, kafe və restoran şəbəkələrində isə 3 faiz “bonus” təqdim olunur. Hər bir istifadəçi aylıq olaraq burada gördüyünüz 7 kateqoriyadan 5-ini seçmək imkanına malik olacaq”.

Nuriyyə NATİQQIZI

Seçilən
14
2
redaktor.az

3Mənbələr