AZ

"Zirə"nin kapitanı üçün 200-cü oyun

"Zirə"nin kapitanı Qismət Alıyev qəsəbə təmsilçisinin heyətində 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

"Qartallar"ın oyun sayında rekordçusu olan Qismət 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb. Qismət çempionatda 13, avrokubokda 2 qola sevinib.

Onun “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. Futbolçu 2020-ci il oktyabrın 18-də premyer-liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

Seçilən
74
11
football-plus.az

10Mənbələr