Karapetyan qeyd edib ki, İranın Qərblə çoxsaylı razılaşmaları olsa da, güclü təminatçıların (qarantların) yoxluğu rəsmi Tehranı region ölkələri və dünya güclərinin təzyiqləri ilə üz-üzə qoyub.
Siyasətçinin fikrincə, Ermənistan bu vəziyyətdən dərs çıxarmalıdır: sülhə nail olmaq üçün sadəcə kağız üzərindəki sazişlər kifayət deyil, ölkənin birdən çox güclü hamisi və təminatçısı olmalıdır.
O, həmçinin xəbərdarlıq edib ki, İrana qarşı yönəlmiş hər hansı hərbi əməliyyat və ya gərginlik Ermənistan iqtisadiyyatına qaçılmaz və ağır zərbə vuracaq.
"Sülhə yalnız razılaşmalarla nail olmaq mümkün deyil; bizə bir deyil, bir neçə güclü təminatçı lazımdır", - deyə Narek Karapetyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31