AZ

General Polad Həşimovun avtomobili - Video 

Milli Qəhrəman, mərhum general Polad Həşimova məxsus olduğu bildirilən avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub...

Poliqon xəbər verir ki, Şəhid generalla bağlı edilən paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər paylaşımın altına çoxsaylı şərhlər yazaraq Polad Həşimovun xatirəsini ehtiramla anıblar. Bir çox istifadəçi onun sadəliyini və vətənpərvərliyini xüsusi vurğulayıb.

Avtomobilin qorunub saxlnılması qəhrəmanın xatirəsinə göstərilən hörmət kimi qiymətləndirilib.

Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrində uzun illər xidmət edib və müxtəlif məsul vəzifələrdə çalışıb. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra ona "Milli Qəhrəman" adı verilib.

Polad Həşimov Azərbaycan cəmiyyətində vətənə sədaqətin və fədakarlığın simvollarından biri kimi xatırlanır.

Poliqon.info

Seçilən
11
11
poliqon.info

10Mənbələr