AZ

Mədinə Gülgünün 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli Azərbaycan şairəsi Mədinə Gülgünün anadan olmasının 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, yazıçılar, şairlər və poeziyasevərlər iştirak ediblər. 

Çıxış edənlər Mədinə Gülgünün Azərbaycan poeziyasındakı yeri, onun yaradıcılığının ideya-bədii xüsusiyyətləri və milli ədəbiyyatımızın inkişafına verdiyi töhfələr barədə fikirlərini bölüşüblər. 

Bildirilib ki, şairənin poeziyası səmimiyyəti, lirizmi və insan duyğularının incə ifadəsi ilə seçilir və bu gün də oxucular tərəfindən maraqla qarşılanır.

Tədbirdə şairənin yaradıcılığından nümunələr səsləndirildi, onun həyat və fəaliyyətinə dair xatirələr bölüşülüb.

 Yubiley tədbiri Mədinə Gülgünün zəngin ədəbi irsinə ehtiramın ifadəsi kimi yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
134
525.az

1Mənbələr