AZ

Demokrat senatör Trampın planlarını FAŞ ETDİ

Massaçusets ştatından Demokrat senator Ed Marki bildirib ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı tezliklə dayandırmaq fikrində deyil.

Herbiand.az xəbər verir ki, bunu siyasətçi X hesabındakı video müraciətində bildirib.

Demokrat siyasətçi bildirib ki, "Mən indicə İranla bağlı məxfi brifinqdən çıxdım və bu artıq bildiyimiz şeyləri təsdiqlədi. Donald Tramp qanunsuz müharibə aparır və onun buna son qoymaq planı yoxdur".

O, həmçinin qeyd edib ki, onun fikrincə, Amerika lideri İranın raket imkanları barədə yalan danışır və bu məlumatdan ABŞ-ı Yaxın Şərqdə daha bir sonsuz münaqişəyə cəlb etmək üçün istifadə edir.

Seçilən
12
1
herbiand.az

2Mənbələr