Olaylar.az-ın məlumatına görə, "France 24" xəbər verir ki, Sançesin bu çıxışı ABŞ Prezidenti Donald Trampın Madridin münaqişə ilə bağlı mövqeyinə görə ticarət əlaqələrini kəsmək hədəsindən sonraya təsadüf edib.
Baş nazir çıxışında kəskin ifadələrdən istifadə edərək vurğulayıb: "Bəşəriyyətin böyük fəlakətləri məhz belə başlayır... Milyonlarla insanın taleyi ilə "rus ruleti" oynamaq olmaz."
Pedro Sançes ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını "ehtiyatsız və qanunsuz" adlandırıb.
Qeyd edək ki, İspaniya hökuməti ABŞ hərbi təyyarələrinin İrana hücum məqsədilə ölkənin cənubundakı dəniz və hava bazalarından istifadə etməsinə icazə verməyib. Bu qərarlar Vaşinqtonun sərt reaksiyasına və Madridə qarşı iqtisadi sanksiya təhdidlərinə yol açıb.