AZ

ABŞ vitse-prezidenti Vens İranla bağlı niyə susur? – İLGİNC SƏBƏB

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrana hücumla bağlı uzun müddət susqun qalması Trampla münasibətlərində mümkün fikir ayrılığı ilə bağlı suallar doğurub.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti yazır.

Nəşrin məlumatına görə, Vens ABŞ və İsrailin başladığı hərbi kampaniya ilə bağlı təxminən 72 saat ictimaiyyətə heç bir şərh verməyib. Halbuki digər yüksək vəzifəli respublikaçılar sosial şəbəkələrdə və televiziya çıxışlarında Trampın qərarını açıq şəkildə dəstəkləyiblər.

FT qeyd edir ki, prezidentin fəal tərəfdarlarından biri kimi tanınan Vensin bu qədər uzun müddət susqun qalması ictimaiyyətin diqqətini cəlb edib və onun Tramp ilə münasibətlərində fikir ayrılığı olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub.

Bununla belə, vitse-prezident zərbələrin başlanmasından bir neçə saat sonra Fox News telekanalının efirinə çıxaraq bildirib ki, Tramp “nəyə nail olmaq istədiyini aydın şəkildə müəyyən edib”.

Daha sonra o, X sosial şəbəkəsində müsahibəsindən bir hissəni paylaşaraq yazıb: “İrana heç bir halda nüvə silahı əldə etməyə icazə vermək olmaz. Bu əməliyyatın məqsədi məhz budur və prezident Tramp bunu sona çatdıracaq.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr