AZ

Rza Pəhləvi iranlılara müraciət etdi

BAKI, 4 mart. TELEQRAF

“Önümüzdə taleyüklü an var. Bu anlar İranın gələcəyini onilliklər və əsrlər boyunca müəyyən edəcək. Səylərinizi qat-qat artırın”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi xalqa müraciətində deyib.

O bildirib ki, iranlıların son həftələrdə göstərdiyi yüksək fəallıq dünya ictimai rəyi və böyük gücləri İran xalqına dəstək verməyə yönəltməkdə açar rol oynayıb.

“Gələcək həftələr və günlərdə sizin rolunuz bu dəstəyi İran rejiminin ömrünün sona çatmasına qədər davam etdirməkdə həyati əhəmiyyət daşıyır. Yaşadığınız ölkələrin nümayəndələri və qərarvericiləri ilə əlaqə saxlayın və onları inandırın ki, İran xalqına dəstək rejim devrilənədək davam etməlidir. Həmçinin, İranın ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulayın. Xalqın gələcək idarəçilik sistemini formalaşdırmaq iradəsinə tam sadiqliyi dəstəkləyin”, - Rza Pəhləvi əlavə edib.

Seçilən
19
teleqraf.com

1Mənbələr