Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.
"Yeni Sabah" xəbər verir ki, yarmarka martın 7-dən 18-dək fasiləsiz davam edəcək.
Yarmarkada 25 regiondan iştirak edəcək 55 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında fəaliyyət göstərəcək.
Telegram kanalımız