İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) F-35I “Adir” döyüş təyyarəsi İrana məxsus YAK-130 təlim-döyüş təyyarəsini vurub.
“Poliqon”un xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat paylaşıb.
Bildirilib ki, bu, tarixdə “hava-hava” əməliyyatı çərçivəsində F-35 tərəfindən vurulan ilk pilotlu döyüş təyyarəsidir.
Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında İran Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan Yak-130 təlim-döyüş təyyarələrini təhvil alıb.