AZ

Türkiyə İrandan atılan ballistik raketi zərərsizləşdirdi

ain.az bildirir, Unikal.az portalına istinadən.

Türkiyə İrandan atılan ballistik raketi zərərsizləşdirildiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, ballistik raket İrandan atılıb, İraq və Suriyanın hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət edib. Ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.

Hadisədən sonra Hatay vilayətinin Dörtyol rayonuna sursat qalıqları düşüb. Məlum olub ki, sözügedən parçalar təhlükəni havada vuran hava hücumundan müdafiə sisteminə aiddir. 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
8
unikal.az

10Mənbələr