AZ

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir » AzadMedia.az


Türkiyə hava məkanının və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirləri qətiyyətlə görməyə davam edir.

Bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç özünün sosial media hesabında yazıb.

O qeyd edib ki, regional proseslər Türkiyənin aidiyyəti qurumları tərəfindən yaxından izlənilir, milli təhlükəsizliyi maraqlandıran hər şeylə bağlı lazımi tədbirlər görülür.

"Bölgədə artan gərginliyin daha da dərinləşməməsi üçün bütün tərəfləri beynəlxalq hüquqa uyğun davranmağa çağırırıq. Ölkəmiz regional sülh və təhlükəsizliyin qorunmasına yönəlmiş diplomatik səylərini davam etdirəcəkdir", - o əlavə edib.

Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
Seçilən
15
1
azadmedia.az

2Mənbələr