AZ

Kübra Əliyeva evində ziyarət olundu

Mədəniyyət nazirinin müavini Murad Hüseynov tanınmış teatr və kino aktrisası, Əməkdar artist Kübra Əliyevanı evində ziyarət ediblər.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir müavini Kübra Əliyevanın sənət yolundan danışaraq onun tamaşa və filmlərdə bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını deyib.

Aktrisanın səhnə uğurlarını ekranda da təkrarladığı, həyat verdiyi obrazların geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılandığı vurğulanıb.

Seçilən
33
11
publika.az

10Mənbələr