AZ

Azərbaycan Baş nazirinin müavini İranın yol və şəhərsalma nazirinə başsağlığı verib

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev, bugün — 4 mart 2026-cı il (13 isfənd 1404) tarixində İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə baş tutan telefon danışığı zamanı İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhadəti münasibətilə başsağlığı verib. Ş.Mustafayev bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
11
demokrat.az

10Mənbələr