AZ

8 mart yaxınlaşır: Məktəblərdə pul yığılır?

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir.

Hazırda bəzi təhsil müəssisələrində müəllimlər üçün hədiyyə alınması məqsədilə valideynlərdən pul yığılması kompaniyası davam edir.

Qeyd edək ki, bununla bağlı öz etirazlarını bildirən valideynlərlə yanaşı “həvəskar” valideynlərin də sayı az deyil. Bunu isə valideynlərin bir qismi onunla əlaqələndirir ki, hədiyyə almadıqları təqdirdə müəllimlər onların övlaladlarna qarşı başqa “münasibət” göstərəcək.

Beynəxalq Qadınlar Günü münasibətilə məktəblərdə belə neqativ halların qarşısının alınması məqsədilə rəsmi qurumlar hansı tədbirlər həyata keçirəcək? 

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən (MÜTDA) “Cebheinfo.az”-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib:

“Bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdır. 

Valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

Qeyd edilənləri nəzərə alaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə hansısa məvacibin toplanması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir.

Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
7
cebheinfo.az

8Mənbələr