AZ

“Barsa”da iki itki birdən

İspaniya La Liqa təmsilçisi “Barselona”nın heyətində ciddi itkilər baş verib.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin cinah müdafiəçiləri Jül Kunde və Alexandro Balde sıradan çıxıblar.

Hər iki futbolçu İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Atletiko” ilə keçirilən cavab oyununda (3:0) əzələ zədəsi alıb.

“Diario Sport” nəşrinin məlumatına görə, oyunçuların zədəsi ciddidir. Balde təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Kunde isə 1 ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Jül Kunde bu mövsüm “Barselona”nın heyətində keçirdiyi 40 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Alexandro Balde isə bütün turnirlərdə 34 oyunda iştirak edib və 3 məhsuldar ötürmə müəllifi olub.

İspaniya Kubokunda ilk finalçı bəlli olub

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

“Renn”də ciddi itki

"Yuventus" kapitanı ilə bağlı qərarını verdi - KOMANDADA SAXLAYACAQ

"Yunayted" Kazemironun əvəzləyicisini tapdı

Seçilən
350
33
apasport.az

10Mənbələr