AZ

İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın ölkəmizdəki səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

 

Senzor.az bildirir ki,  dövlətimizin başçısını İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu qarşılayıb.

 

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

 

Sonra dövlət başçısı səfirlə söhbət edib.

 

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.

 

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.






Seçilən
16
49
senzor.az

10Mənbələr