AZ

Gürcüstanın Baş naziri: Regionda sülhün və sabitliyin təşviq edilməsində səylərimizi əsirgəməyəcəyik

Tbilisi, 4 mart, AZƏRTAC

Biz regionda sülhün və sabitliyin təşviq edilməsinə hazırıq və bu baxımdan Gürcüstan səylərini əsirgəməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə söyləyib.

"Regionda əməkdaşlığın inkişafı baxımından çox müsbət dinamikanın olmasından, Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan məmnunuq. Bu müsbət tendensiyalar bölgəmizin sabitliyini təmin etmək, regionda sülh istiqamətində birlikdə işləmək üçün çox yaxşı zəmin yaradır", - deyə Kobaxidze vurğulayıb.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
62
1
azertag.az

2Mənbələr