AZ

Teatrdan uzaqlaşdırılan Valeh Kərimov işinə bərpa olundu

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnəyə qayıdıb.

Axşam.az xəbər verir ki, bu barədə aktyor "Qaynarinfo"ya açıqlamasında bildirib. O, Sumqayıt Dövlət Dram Teatrına təkrar qayıtdığı üçün sevindiyini gizlətmədi:

"Çox sevincliyəm, səhnəsiz mənə çətin idi. Əsas odur yenidən səhnədəyəm. Teatrın rəhbərliyi mənə dəvət etdi, getdim. Dedilər ki, qayıt teatra, mən də qəbul etdim. Aktyoram, həm tamaşa qururam, həm də aktyor kimi oynayıram. Hazırda tatar dramaturq Tufan Minullinin "Sonuncu qonaq” tamaşasını hazırlayıram. Martın 10-da tamaşanın təqdimatı olacaq. Valeh müəllimi səhnədə görmək istəyənlər Sumqayıt teatrına gəlsin”.

Qeyd edək ki, Xalq artisti Valeh Kərimov yaşı ilə əlaqədar bir müddət əvvəl Sumqayıt Dövlət Dram Teatrından uzaqlaşdırılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
2
axsam.az

6Mənbələr