AZ

U 17 yeniyetmələr arasında “İstedadların seçimi“ yarışının II turu keçiriləcək

ain.az, Moderator.az saytına istinadən bildirir.

Cüdo üzrə U-17 yeniyetmələr arasında martın 7-8-də "İstedadların seçimi" yarışının II turu keçiriləcək.

Moderator.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində reallaşacaq turnirdə 67 klub və idman cəmiyyətindən olan 351 idmançı (297 oğlan, 54 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

"İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.

Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
18
moderator.az

10Mənbələr