AZ

Saman daşıyan yük maşını sərt döngədə avtomobillərin üzərinə aşdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saman daşıyan yük maşını avtomobillərin üzərinə aşıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində baş verən hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Məlumata görə, Diyarbəkir küçəsində 63-AEE-079 nömrə nişanlı saman daşıyan yük maşınının sürücüsü sürətlə döngəyə daxil olub. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yükün ağırlığına tap gətirməyərək park edilmiş avtomobillərin üzərinə aşıb. Qəza nəticəsində yük maşınının sürücüsü yaralanıb və təcili yardım işçiləri tərəfindən xəstəxanaya aparılıb. 

Polisin apardığı araşdırma zamanı 7 avtomobilə ciddi ziyan dəydiyi müəyyən olunub.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
238
4
avtosfer.az

6Mənbələr