AZ

KİV: Qətərin mayeləşdirilmiş təbii qaz istehsalını bərpa etməsi üçün ən azı bir ay lazım olacaq

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Qətərin milli neft-qaz şirkətinin ("Qatar Energy") fəaliyyətini dayandırmasından sonra ölkənin mayeləşdirilmiş təbii qaz istehsalının əvvəlki səviyyəyə qayıtması üçün ən azı bir ay tələb olunacaq.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, "Qatar Energy" istehsalın dayandırılması səbəbindən müştərilərinə fors-major elan edildiyini bildirib.

Mənbələrin sözlərinə görə, Ras-Laffan şəhərində yerləşən zavodun yenidən işə salınması üçün ən azı iki həftə, əvvəlki gücə çatması üçün isə daha iki həftə lazım olacaq.

Qeyd edək ki, Qətər dünyada mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçılarından biridir. Paytaxt Doha şəhərindən təxminən 80 km şimalda yerləşən Ras-Laffan sənaye klasterində qazın mayeləşdirilməsi, saxlanması və ixracı üçün əsas infrastruktur cəmləşib. Kompleksdə ümumi gücü ildə təxminən 77 milyon ton olan 14 LNG istehsal xətti fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
oxu.az

1Mənbələr