AZ

Tələbəni maşınla vuran reperə 12 illik həbs

ain.az, Axsham.az saytına istinadən bildirir.

Britaniyalı repçi Castin Klark-Samuel ("Ghetts") yol-nəqliyyat hadisəsi nəticəsində 20 yaşlı tələbənin ölümünə səbəb olmaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Axşam.az xəbər verir ki, hadisə 2025-ci ilin oktyabrında Londonun şərqində yerləşən İlford bölgəsində baş verib. Məhkəmənin qərarına əsasən, 41 yaşlı musiqiçi "BMW" markalı avtomobili yüksək sürətlə idarə edərkən yolu keçən 20 yaşlı Nepal əsilli tələbə Yubin Tamanqı vurub. Toqquşma zamanı avtomobilin sürəti təxminən 108 km/saat olub.

Aldığı ağır xəsarətlər nəticəsində tələbə iki gün sonra xəstəxanada vəfat edib. Qəza baş verdikdən sonra sürücü hadisə yerini tərk edib, təxminən səkkiz mil məsafə qət edərək evinə gedib və orada spirtli içki və narkotik maddə qəbul edib. Zədələnmiş avtomobil daha sonra onun yaşadığı ünvanın yaxınlığında tapılıb.

Təqsirləndirilən şəxs 2025-ci ilin dekabr ayında təhlükəli idarəetmə nəticəsində ölümə səbəb olma ittihamını qəbul edib və həmin vaxtdan etibarən həbs olunub.

Məhkəmə iclasında oxunan məktubda o, törətdiyi əmələ görə dərin peşmanlıq və utanc hissi keçirdiyini bildirib, mərhumun ailəsindən, öz ailəsindən və cəmiyyətdən üzr istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
axsam.az

1Mənbələr