AZ

Böyük klubların UEFA-dan ÇL-lə bağlı tələbi

Avropanın aparıcı klubları UEFA-dan Çempionlar Liqasında iştirak ərizəsində futbolçu sayını 25-dən 28-ə qədər artırmasını istəyirlər.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Dəyişikliklərin təşəbbüskarları iddia edirlər ki, bu, məşqçilərə oyunçuların iş yükünü azaltmağa, zədə epidemiyası riskini azaltmağa və yüksək keyfiyyətli ehtiyat oyunçular skamyası sayəsində oyun ritmini saxlamağa kömək edəcək.

Məsələ ötən ay UEFA Klub Yarışları Komitəsinin iclasında qaldırılmışdı, lakin bu, ciddi mübahisəyə səbəb olmuşdu. Tənqidçilər və kiçik liqaların nümayəndələri dəyişikliklərə qarşıdırlar.

Seçilən
13
50
publika.az

10Mənbələr