AZ

“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək

Ajans.az xəbər verir ki, layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq” həssas qrupa aid uşaqların yaşadığı sığınacağın zəruri ehtiyaclarını təmin edəcək. Eyni zamanda, uşaqların təhsili, sosial bacarıqlarının inkişafı və fərdi potensiallarının üzə çıxarılması istiqamətində birgə layihələr həyata keçiriləcək. “Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır.

Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq proqramların icrasını hədəfləyir.

Seçilən
9
21
Ajans.az

10Mənbələr