AZ

Ölü körpə dünyaya gətirən ananın sağlamlıq durumu necədir? – AÇIQLAMA

Gəncədə ölü körpə dünyaya gətirən ananın sağlamlıq durumu haqqında rəsmi açıqlama verilib. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 04.03.2026-cı il tarixində saat 02:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhəri, Sevinc qəsəbəsi 32 ünvanından çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1979-cu il təvəllüdlü şəxs (qadın) 5 aylıq hamiləlik (düşük) səbəbindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb" deyə xəstəxanadan əlavə ediblər.
 

Məlumat üçün bildirək ki, martın 4-ü saat gecə saatlarında Gəncə şəhər sakini 1979-cu il təvəllüdlü Aygün Kərəm qızı Qasımova yaşadığı evdə ölü körpə doğub.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
18
3
bizim.media

7Mənbələr