AZ

ABŞ İkinci Dünya müharibəsindən bəri ilk dəfə ən böyük hərbi gəmini batırıb

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Hadisə İrana qarşı hərbi əməliyyatların başlamasından qısa müddət sonra Fars körfəzində baş verib

ABŞ İkinci Dünya müharibəsindən bəri ilk dəfə ən böyük hərbi gəmi olan İranın pilotsuz təyyarədaşıyan gəmisi “Şahid Bəhmən Baqerini” batırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Bildirilib ki, təxminən 42.000 ton su tutumuna malik bu gəmi yalnız hücum dronları daşımaq üçün hazırlanmış, eyni zamanda, raketlər, helikopterlər və hətta kiçik gəmilər də daşıya bilən dünyada ilk gəmi idi. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hadisə 28 fevralda İrana qarşı hərbi əməliyyatların başlamasından qısa müddət sonra Fars körfəzində baş verib.

Nəşrin məlumatına görə, 1941-ci ildə batırılan Almaniya döyüş gəmisi “Bismark”ın su tutumu 50.000 tondan çox olub. Ukrayna hücumundan sonra 2022-ci ilin aprelində Qara dənizdə batan Rusiya Qara Dəniz Donanmasının keçmiş flaqman gəmisi olan "Moskva" raket kreyserinin isə cəmi 11.500 ton su tutumu var idi. Əməliyyatın əvvəlindən bəri ABŞ qüvvələri İran Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisini batırıb və ya zədələyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
134
ayna.az

1Mənbələr