AZ

İranın Naxçıvana hücumu qonşuluq və qarşılıqlı etimada ciddi zərər vurur - Vüqar İskəndərov

Bakı. Trend:

Azərbaycan və İran arasındakı münasibətlər böyük ölçüdəAzərbaycan tərəfinin konstruktiv və normal qonşuluq siyasətisayəsində qorunub saxlanılıb.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, zaman-zaman İranın Azərbaycana qarşıqeyri-dost hərəkətləri müşahidə olunub:

"Hətta Azərbaycanın torpaqlarının işğalı dövründə və sonrakıproseslərdə də, təəssüflər olsun ki, müsəlmanlıqdan, qonşuluqdan,qardaşlıqdan və tarixi köklərdən danışan İran əməldə bunun əksininümayiş etdirib. İran tərəfi dəfələrlə Azərbaycana qarşı qeyri-dostmünasibət sərgiləyib. Siyasi xadim bir söz deyib, ordu başqa sözdeyib, generallar bir cür danışıb, mollalar isə fərqli mövqe ortayaqoyublar.

Yəni ümumilikdə, İrandan Azərbaycana qarşı qeyri-səmimi vəqeyri-dost münasibətlərin şahidi olmuşuq. Buna baxmayaraq,Azərbaycan daim milli maraqlarına söykənən, özünə qarşıhörmətsizliyi qəbul etməyən siyasət yürüdüb. Bununla yanaşı, ölkəkonstruktiv qonşuluq münasibətləri və qarşılıqlı etimada əsaslanansiyasət nümayiş etdirib və bunu praktikada reallaşdırıb.

İranın son günlər Birləşmiş Ştatlar və İsraillə yaşadığıgərginliyin müharibə mərhələsinə keçməsi fonunda baş verənhadisələrə Azərbaycanın yanaşması isə olduqca ləyaqətli və balanslıolub".

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin buölkəyə münasibətdə göstərdiyi konkret mövqe də bunutəsdiqləyir:

"Dövlətə başsağlığı verilməsi, həmin ölkənin Azərbaycandakısəfirliyinə gedilməsi, xatirə kitabına başsağlığı sözlərininyazılması Azərbaycanın rəsmi mövqeyini ortaya qoyur. Bu mövqe ilknövbədə sabitliyin qorunmasına, tərəflərin dialoq masasına dəvətolunmasına və regionda gərginliyin artmamasına yönəlib. Azərbaycanaçıq şəkildə bildirib ki, qonşuluğunda hər hansı gərginliyinyaranmasını arzulamır və bölgədə sabitliyin tərəfdarıdır. Lakin başverən son hadisələr fonunda İranın molla rejiminin yenidən kin vədüşmənçilik nümayiş etdirməsi Azərbaycana qarşı münasibətin realmənzərəsini ortaya qoyur. İran tərəfindən Azərbaycanın Naxçıvanərazisi istiqamətində, hava limanı yaxınlığına raket və pilotsuzuçuş aparatının atılması ciddi narahatlıq doğurur.

Belə addımlar qonşuluq və qarşılıqlı etimada ciddi zərər vurur.Dövlət siyasəti emosiyalarla deyil, məntiqlə və düşünülmüş siyasistrategiya ilə idarə olunmalıdır. Təəssüflər olsun ki, İranın mollarejimi belə addımlara əl atır və Azərbaycana qarşı münasibəti açıqşəkildə ortaya qoyur".

Vüqar İskəndərov əlavə edib ki, bu cür addımlar qətiyyətləpislənir. İran tərəfi bu hadisəni dərhal araşdırmalı və məsulşəxslər barədə müvafiq tədbirlər görməlidir. Azərbaycanın ünvanınayönələn belə addımlar qəbuledilməzdir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub.

İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayonŞəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatyayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeydolunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bukimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaztədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb, İran tərəfinə kəskin etiraz bildirilib.

Seçilən
65
2
az.trend.az

3Mənbələr