AZ

Xavi ilə İnyesta yenidən bir yerdə?

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərakeş yığmasının məşqçi korpusunda tezliklə dəyişiklik gözlənilir. Maraqlıdı ki, komandaya ispaniyalı dünya çempionları təyinat ala bilər."Football-plus.az" xəbər verir ki, yığmanın hazırkı baş məşqçisi Valid Reqraqinin mövqeyi bu qış ölkəsində keçirilən Afrika Millətlər Kubokunun finalındakı uğursuzluqdan sonra zəifləyib.Xatırladaq ki, təşkilatçı ölkənin komandası finala qədər irəliləsə də, həlledici oyunda Seneqala minimal hesabla uduzub. DÇ-2022-də Mərakeşi yarımfinala çıxaran Reqraqinin yerini İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavi Ernandes tuta bilər. “Marca” nəşrinin yaydığı məlumata görə, DÇ-2010-un qalibi bu vəzifəyə namizəd kimi nəzərdən keçirilir. Mərakeş Futbol Federasiyası (MFF) ispaniyalı mütəxəssislə hələlik rəsmi danışıqlara başlamayıb. Deyilənə görə, Xavi karyerasını Afrika ölkəsində bərpa etməyə hazırdı.Qeyd edək ki, 46 yaşlı mütəxəssisin məşqçilik fəaliyyəti hələlik iki klubla məhdudlaşır. Xavi bu sahədəki debütünü 2019-21-ci illərdə çalışdırdığı “Əl-Sədd” (Qətər) klubunda edib. Burdakı uğurlu çıxışından sonra - 2021-ci ildə doğma komandası olan “Barselona”ya qayıdaraq 2024-cü ilə qədər Kataloniya təmsilçisini çalışdırıb.İspaniya futbolunun daha bir canlı əfsanəsi Andres İnyesta da karyerasında yeni səhifəni Afrikada aça bilər. BBC-nin yaydığı xəbərə görə, MFF rəhbərliyi “Barselona”nın 41 yaşlı sabiq futbolçusuna texniki direktor vəzifəsini təklif etməyə hazırlaşır. Futbol qurumu bu yay keçiriləcək dünya çempionatından əvvəl İnyestanın təcrübəsindən yararlanmaq niyyətindədi. Xatırladaq ki, Mərakeş yığması mundialın qrup mərhələsində Braziliya, Şotlandiya və Haiti ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
1
icma.az

2Mənbələr