AZ

“Turan” Yevlaxda “Kəpəz”in qonağıdır - CANLI YAYIM

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Bununla da son 2 yarımfinalçının adına aydınlıq gələcək.

Əvvəlcə "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cütün üstün tərəfi yarımfinalda "Zirə"yə rəqib olacaq.

Digər matçda "Qəbələ" evdə "Sabah"la qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.

14:30. "Kəpəz" - "Turan Tovuz" 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu
İlk oyun – 0:1

18:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
İlk oyun – 0:0

Seçilən
133
4
sportinfo.az

8Mənbələr