AZ

Avropa ölkələri Kiprin müdafiəsi üçün hərbi-dəniz qüvvələri göndərir

İtaliya, İspaniya, Fransa və Niderland yaxın günlərdə Aralıq dənizində təhlükəsizliyi gücləndirmək məqsədilə Kiprə hərbi gəmilər göndərəcək...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Quido Krozeto Avropanın bir neçə ölkəsinin Kiprin təhlükəsizliyini gücləndirmək üçün hərbi-dəniz qüvvələri göndərməyə hazırlaşdığını açıqlayıb.

Onun sözlərinə görə, İtaliya, İspaniya, Fransa və Niderland yaxın günlərdə Kipr ətrafında təhlükəsizliyi təmin etmək məqsədilə hərbi gəmilər və digər dəniz qüvvələri yerləşdirəcək.

İtaliyanın müdafiə naziri bildirib ki, bu addım regionda artan təhlükəsizlik riskləri və Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar fonunda qəbul edilib. Avropa ölkələri Aralıq dənizinin şərq hissəsində sabitliyin qorunması və mülki obyektlərin təhlükəsizliyinin təmin olunması məqsədilə koordinasiyalı fəaliyyət göstərməyi planlaşdırır.

Məlumata görə, Kipr son günlər regionda baş verən gərginlik səbəbindən strateji əhəmiyyətli nöqtələrdən birinə çevrilib. Ada həm humanitar əməliyyatlar, həm də mümkün evakuasiya və logistika əməliyyatları üçün mühüm tranzit məntəqəsi kimi qiymətləndirilir.

Ekspertlər qeyd edirlər ki, Aralıq dənizində Avropa hərbi-dəniz qüvvələrinin artırılması regionda təhlükəsizlik balansının qorunmasına yönəlib. Bu addım həm də Yaxın Şərqdə baş verən münaqişənin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Poliqon.info

Seçilən
81
poliqon.info

1Mənbələr