AZ

BVF rəhbəri: Yaxın Şərq münaqişəsi qlobal iqtisadiyyatı təhdid edir

Bakı, 5 mart, AZƏRTAC

Yaxın Şərqdə yeni münaqişə ilə qlobal iqtisadiyyat daha bir sınaqdan keçir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Banqkokda keçirilən “Asiya 2050” konfransındakı açılış nitqində bildirib. “Əgər bu münaqişə uzanarsa, qlobal enerji qiymətlərinə, bazar əhval-ruhiyyəsinə, artıma və inflyasiyaya təsir etmək və siyasətçilər qarşısında yeni tələblər qoymaq üçün potensiala malikdir”, - deyə Georgiyeva vurğulayıb.

Qeyri-müəyyənliyin yeni norma olduğunu da diqqətə çatdıran BVF rəhbəri yeni şokların müxtəlif formalarda və miqyasda davam edəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, fond bazarları artıq beynəlxalq vəziyyətə reaksiya verib, Asiyanın böyük bir hissəsi üçün enerji təhlükəsizliyi və etimad nəticə etibarilə təhlükə altına düşüb.

K.Georgiyeva BVF-nin hadisələrin gedişini yaxından izlədiyini deyib. Əavə edib ki, fond regional və qlobal iqtisadi nəticələri qiymətləndirməkdə davam edir.

Seçilən
84
1
azertag.az

2Mənbələr