AZ

Küveyt İranın Naxçıvana zərbələri ilə bağlı bəyanat yaydı

Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri, eləcə də Türkiyə səmasında İran PUA-sının vurulması ilə bağlı dünənki insidenti pisləyib.Metbuat.az xəbər verir ki, bu barədə Küveyt XİN bəyanat yayıb:

“Küveyt XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini qətiyyətlə pisləyir və bildirir ki, bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Nazirlik Küveytin Türkiyə və Azərbaycanla həmrəyliyini təsdiqləyir, onların öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəkləyir".

Seçilən
95
5
metbuat.az

10Mənbələr